Prezident İlham Əliyev: Türk xalqlarının ortaq mədəni irsinin qorunması birgə fəaliyyətimizin aparıcı istiqamətlərindən olmalıdır

Siyasət Xəbər 12 Oktyabr 2026 11:23 (UTC +04:00)
Prezident İlham Əliyev: Türk xalqlarının ortaq mədəni irsinin qorunması birgə fəaliyyətimizin aparıcı istiqamətlərindən olmalıdır
Aysel Məmmədli
Aysel Məmmədli
Bütün xəbərlər

Bakı. Trend:

Türk xalqlarının ortaq mədəni irsinin qorunması, onun mənimsənilməsinin və təhrif olunmasının qarşısının alınması birgə fəaliyyətimizin aparıcı istiqamətlərindən biri olmalıdır.

Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin 2-ci Görüşünün iştirakçılarına ünvanladığı müraciətdə bildirib.

Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycanda əqli mülkiyyət hüququnun əsasları Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə qoyulub və sonrakı illərdə daha da təkmilləşdirilib.

Xəbər lenti

Xəbər lenti