Avropanın ən qədim bazarlarından biri yanıb

Dünya xəbərləri Xəbər 12 Oktyabr 2026 11:52 (UTC +04:00)
Avropanın ən qədim bazarlarından biri yanıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Fransanın paytaxtı Parisin ən qədim qapalı bazarlardan birində baş verən yanğın nəticəsində bina tamamilə məhv olub.

Bu barədə BFMTV telekanalı məlumat yayıb.

Məlumata görə, ötən gecə Parisin 3-cü rayonunda yerləşən Enfan-Ruj bazarını (Marché des Enfants Rouges) alov tamamilə bürüyüb. Yanğınsöndürənlər hadisə yerində vəziyyəti nəzarət altına alıblar. Yanğının söndürülməsinə 150-dən çox mütəxəssis və təxminən 50 texnika cəlb olunub.

Jurnalistlərin bildirdiyinə görə, yanğının başvermə səbəbi hələlik məlum deyil. Hakimiyyət orqanları sakinləri və turistləri hadisə yerinə yaxınlaşmamağa çağırıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti