Karlovı Varı hava limanı Bakıdan uçuşları qəbul etməyə hazırlaşır (ÖZƏL)

İqtisadiyyat Xəbər 12 Oktyabr 2026 12:04 (UTC +04:00)
Karlovı Varı hava limanı Bakıdan uçuşları qəbul etməyə hazırlaşır (ÖZƏL)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Karlovı Varı (Karlovy Vary) Beynəlxalq Hava Limanı Azərbaycanla Çexiya arasında hava nəqliyyatı və turizm sahəsində əməkdaşlığın genişləndirilməsində maraqlıdır.

Bunu Karlovı Varı Beynəlxalq Hava Limanının baş direktoru və kommersiya direktoru Alis Yustina Undus bazar ertəsi Bakıda keçirilən Azərbaycan-Çexiya Biznes Forumu çərçivəsində Trend-ə deyib.

Onun sözlərinə görə, hazırda Bakı ilə Praqa arasında birbaşa uçuşlar mövcuddur. Bununla yanaşı, Çexiyanın Karlovı Varı bölgəsi azərbaycanlı turistlər üçün cəlbedici istiqamətlərdən biridir. Bu baxımdan, hava limanı iki ölkə arasında turist mübadiləsinin artırılması üçün yeni imkanları nəzərdən keçirir.

A. Undus bildirib ki, yaxın illərdə Karlovı Varı Beynəlxalq Hava Limanının uçuş-enmə zolağının əsaslı yenidən qurulması planlaşdırılır. İşlər başa çatdıqdan sonra hava limanı Bakıdan, eləcə də potensial olaraq digər istiqamətlərdən gələn uçuşları qəbul etmək üçün daha geniş imkanlara malik olacaq.

“Biz Azərbaycanla əməkdaşlığın genişləndirilməsi imkanlarını araşdırırıq. Məqsədimiz aviaşirkətlər və turizm operatorları ilə əlaqələr quraraq turist mübadiləsini asanlaşdırmaqdır”, - deyə o qeyd edib.

Hava limanının rəhbəri vurğulayıb ki, Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin biznes nümayəndə heyəti ilə birlikdə Çexiyaya səfərin əsas məqsədlərindən biri də bu əlaqələrin yaradılması və inkişaf etdirilməsidir.

A. Undusun sözlərinə görə, nümayəndə heyəti Bakıya səfərdən bir gün əvvəl gecə saatlarında gəlib. Buna görə də “Azərbaycan Hava Yolları” QSC (AZAL) və digər potensial tərəfdaşlarla müzakirələrə yeni başlayıblar.

O əlavə edib ki, növbəti mərhələdə aviaşirkətlər və turizm sektoru nümayəndələri ilə danışıqların davam etdirilməsi, eləcə də mümkün əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti