Ağ Evin yeni mətbuat katibi ilk brifinqini oktyabrın 13-də keçirəcək - Tramp

Dünya xəbərləri Xəbər 12 Oktyabr 2026 06:13 (UTC +04:00)
Ağ Evin yeni mətbuat katibi ilk brifinqini oktyabrın 13-də keçirəcək - Tramp

Bakı. Trend:

Ağ Evin yeni mətbuat katibi Keti Zakariya oktyabrın 13-də Bakı vaxtı ilə saat 17:30-da jurnalistlər qarşısında ilk brifinqini keçirəcək.

Bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində paylaşım edib.

Onun sözlərinə görə, Zakariya oktyabrın 12-də yeni vəzifəsinin icrasına başlayacaq, ertəsi gün isə Ağ Evin brifinq zalında ilk mətbuat konfransını keçirəcək.

“Keti ilk gündən mənə dəstək olub və öz işinin öhdəsindən əla gələcək!”, – deyə Tramp qeyd edib.

Xəbər lenti

Xəbər lenti