Bakı.Trend:
Ötən həftə (5–9 oktyabr tarixlərində) Azeri Light (CIF), Azeri Light (FOB Ceyhan), Dated Brent və Urals markalı neftin orta qiymətləri artıb.
Trend-in neft bazarının iştirakçılarının məlumatları əsasında aparılan hesablamalara görə, Azərbaycanın “Azəri-Çıraq-Günəşli” yatağında hasil olunan Azeri Light (CIF) markalı neftin orta qiyməti əvvəlki həftə ilə müqayisədə 5,15 dollar və ya 4,2 faiz artaraq bir barel üçün 126,90 dollar təşkil edib.
Məlumata görə, həftə ərzində bu markalı xam neftin maksimum qiyməti bir barel üçün 133,23 dollar, minimum qiyməti isə 120,68 dollar olub.
Türkiyənin Ceyhan limanında FOB bazasında Azeri Light markalı neftin orta qiyməti bir barel üçün 116,14 dollar təşkil edib. Bu, əvvəlki həftənin göstəricisi ilə müqayisədə 1,84 dollar və ya 1,6 faiz çoxdur. Həftə ərzində maksimum qiymət bir barel üçün 122,39 dollar, minimum qiymət isə 109,88 dollar olub.
Urals markalı neftin orta qiyməti əvvəlki həftə ilə müqayisədə 2,09 dollar və ya 2,5 faiz artaraq bir barel üçün 86,31 dollar təşkil edib. Həftə ərzində maksimum qiymət 91,45 dollar, minimum qiymət isə 80,96 dollar olub.
Dated Brent markalı neftin orta qiyməti bir barel üçün 129,90 dollar təşkil edib. Bu, əvvəlki həftə ilə müqayisədə 6,42 dollar və ya 5,2 faiz çoxdur. Həftə ərzində bir barelin maksimum qiyməti 135,74 dollar, minimum qiyməti isə 123,91 dollar olub.
|
Neft /Tarix |
05.10.2026 |
06.10.2026 |
07.10.2026 |
08.10.2026 |
09.10.2026 |
Orta qiymət |
|
Azeri LT CIF |
$124.61 |
$120.68 |
$125.19 |
$133.23 |
$130.81 |
$126.90 |
|
Azeri Light FOB Ceyhan |
$113.81 |
$109.88 |
$114.56 |
$122.39 |
$120.06 |
$116.14 |
|
Urals (EX NOVO) |
$86.00 |
$80.96 |
$84.64 |
$91.45 |
$88.52 |
$86.31 |
|
Dated Brent |
$128.36 |
$123.91 |
$129.09 |
$135.74 |
$132.59 |
$129.94 |
