Mingəçevirdə kollec tələbəsi otaq yoldaşını bıçaqlayıb

Hadisə Xəbər 12 Oktyabr 2026 13:26 (UTC +04:00)
Mingəçevirdə kollec tələbəsi otaq yoldaşını bıçaqlayıb
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Mingəçevir. Trend:

Mingəçevirdə kollec tələbəsi otaq yoldaşına bıçaqla xəsarət yetirib.

Trend-in Qarabağ bürosu xəbər verir ki, hadisə şəxsi münasibətlər zəminində baş verib.

Belə ki, 18 yaşlı kollec tələbəsi Nurəddin Hüseynov aralarında yaranan mübahisə zamanı otaq yoldaşı, 19 yaşlı Dağlar Mehdizadəyə kəsici alətlə xəsarət yetirib.

Məlumata görə, Dağlar Mehdizadə həmin kolleci bitirib və hazırda istehsalat təcrübəsi keçir.

Polis əməkdaşları tərəfindən Nurəddin Hüseynov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti