İran və ABŞ arasında vasitəçilər tərəfindən təmaslar davam edir – XİN rəsmisi

Dünya xəbərləri Xəbər 12 Oktyabr 2026 13:18 (UTC +04:00)
İran və ABŞ arasında vasitəçilər tərəfindən təmaslar davam edir – XİN rəsmisi
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İran və ABŞ arasında vasitəçilər (Pakistan və Qətər) tərəfindən təmaslar və mesajların mübadiləsi davam edir.

İran XİN-in məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai bu gün (12 oktyabr) Tehranda keçirilən mətbuat konfransında deyib.

“BMT Baş Assambleyasının sessiyasının kənarında irəli sürülən və İranın 7 günlük layihəsi kimi adlanan plan İranın qanuni tələbi idi”, -deyə o qeyd edib.

Bəqai bildirib ki, bu 7 günlük layihədə dəniz blokadasının ləğv edilməsi, bütün istiqamətlərdə müharibənin dayandırılması və İranın dondurulan əmlakının sərbəst buraxılması kimi hallar qeyd olunub.

“Xüsusi olaraq qeyd edilməlidir ki, İslamabad Anlaşma Memorandumunda qeyd olunan məsələlər İranın hüququ kimi hər bir müzakirədə irəli sürüləcək.

ABŞ tərəfi də öz tələblərini irəli sürüb. ABŞ hələ də İranın nüvə məsələsinin onların əsas nigaranlığı olduğunu bildirir. Halbuki qarşı tərəf dəfələrlə bildirib ki, İranın nüvə proqramı tamamilə məhv edilib. Lakin yenə də İranı nüvə silahı təhlükəsini irəli sürür”, -deyə o qeyd edib.

Xatırladaq ki, ABŞ-İran münasibətlərində növbəti gərginlik iyulun 8-də başlayıb. Həmin gün ABŞ Silahlı Qüvvələri Vaşinqton və Tehran arasında imzalanmış memorandumdan sonra ilk dəfə olaraq, Hörmüz boğazında ticarət gəmisinə hücuma cavab olduğu iddiası ilə İran ərazisinə bir neçə silsilə zərbə endirib. Elə həmin gün ABŞ Prezidenti Donald Tramp İranla atəşkəs rejiminin dayandırıldığını bəyan edib. Buna cavab olaraq Tehran Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Oman ərazisində yerləşən ABŞ obyektlərinə zərbələr endirməyə başlayıb. Konflikt nəticəsində Hörmüz boğazında dəniz ticarəti iflic vəziyyətə düşüb.

Son günlərdə Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyasının kənarında vasitəçi ölkələr tərəfindən İran və ABŞ arasında dolayısı şəkildə mesaj mübadiləsi olub. Bu arada ABŞ tərəfinin İrana danışıqların bərpa olunması məqsədilə yeni təklif layihəsi verdiyi bildirilir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti