Bakı. Trend:
TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumlarının rəhbərlərinin İkinci Görüşünün Birgə Bəyannaməsi imzalanıb.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin təşkilatçılığı ilə Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərinin əqli mülkiyyət qurumları rəhbərlərinin İkinci Görüşündə TDT-nın Baş katibinin müavini Ömer Kocaman, Qazaxıstan Respublikasının Ədliyyə Nazirliyinin Əqli Mülkiyyət Hüquqları Komitəsinin sədri Şolpan Abdreyeva, Qırğız Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Maksat Mamıtkanov, Türkiyə Əmtəə Nişanları və Patent Ofisinin (TÜRKPATENT) rəhbəri Muhammed Zeki Durak, Özbəkistan Respublikasının ədliyyə nazirinin müavini, Əqli Mülkiyyət İdarəsinin rəhbəri Muzraf İkramov iştirak edib.
Açılış nitqi ilə çıxış edən Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov bildirib ki, müəlliflik hüquqları sənaye mülkiyyəti obyektinə olan hüquqlarla paralel olaraq qorunur.
Onun sözlərinə görə, edilir. Müəlliflik hüququnun hüquq sahibi patent üzrə iddia sənədi və ya ixtiranın təsvirinin Patent Reyestrinə daxil edildiyi formada surətçıxarmaya etiraz etmədiyini bəyan etməlidir və bu halda o, müəlliflik hüquqlarını saxlayır.
Türk Dövlətləri Təşkilatl Baş katibinin müavini Ömer Kocaman öz çıxışında bildirib ki, bu gün bilik, texnologiya və intellektual kapital iqtisadi güc və rəqabətliliyin əsas mənbəyinə çevrildikcə, bu məsuliyyət daha da aktual olur.
O qeyd edib ki, buna görə də intellektual mülkiyyət sahəsində əməkdaşlıq sadəcə texniki məsələ deyil, daha innovativ və daimi rəqabət qabiliyyətli gələcək qurmaq istiqamətindəki geniş səylərimiz üçün vacibdir.
Tədbir çıxışlar və müzakirələrlə davam edib.
Qeyd edək ki,İkinci Görüşün Azərbaycan Respublikasının TDT-nasədrliyi dövründə ölkəmizdə keçirilməsi təşkilat çərçivəsində əməkdaşlığın inkişafına töhfə verməklə yanaşı, Azərbaycanın əqli mülkiyyət sahəsində təşəbbüslərinin təşviqi, üzv dövlətlərlə institusional əlaqələrin möhkəmləndirilməsi və ölkəmizin təşkilat daxilində fəal rolunun nümayiş etdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
