Məktəbdə pəncərədən yıxılan şagirdin son vəziyyəti açıqlanıb

Cəmiyyət Xəbər 12 Oktyabr 2026 22:55 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı.Trend:

Bu gün saat 12:40 radələrində 2014-cü il təvəllüdlü azyaşlı (qadın cinsli) Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.

Bu barədə TƏBİB məlumat yayıb.

Bildirilib ki, qapalı kəllə-beyin travması, döş qəfəsinin və qarının küt travması diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib və ixtisaslı tibbi yardım üçün Kliniki Tibbi Mərkəzə təxliyə olunub.

“Hazırda pasiyentin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyəti ağır qiymətləndirilir”, - deyə əlavə edilib.

Qeyd edək ki, 12 yaşlı qızın 94 nömrəli məktəbin 2-ci mərtəbəsindən yıxıldığı bildirilir.

Xəbər lenti

Xəbər lenti