Rusiya uzunmüddətli sülh üçün əlindən gələni etməyə hazırdır - Peskov

Dünya xəbərləri Xəbər 12 Oktyabr 2026 14:34 (UTC +04:00)
Rusiya uzunmüddətli sülh üçün əlindən gələni etməyə hazırdır - Peskov
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Rusiya Ukraynada uzunmüddətli sülh istəyir və bunun üçün mümkün olan hər şey etməyə hazırdır.

TASS-ın məlumatına görə, bu barədə Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov keçirdiyi brifinq zamanı bildirib.

Jurnalistlər ondan Ukrayna Prezidenti Volodimir Zelenskinin atəşkəs elan ediləcəyi təqdirdə seçkilər keçirməyə hazır olması barədə açıqlamasını şərh etməsini istəyiblər.

“Biz Kremldə dəfələrlə bildirmişik ki, atəşkəs deyil, uzunmüddətli sülh istəyirik və bunun üçün mümkün olan hər şeyi etməyə hazırıq”, – deyə Peskov bildirib.

Ötən həftə ABŞ Prezidenti Donald Tramp Ukraynanın yeni liderə ehtiyacı olduğunu bildirib. Onun sözlərinə görə, Zelenski indiyədək çoxsaylı razılaşmalar əldə edə bilərdi, lakin nədənsə bunu etməyib.

Ukraynanın hazırkı dövlət başçısı "ABC News" telekanalına müsahibəsində prezident seçkiləri keçirməyə hazır olduğunu deyib. Bununla belə, o, şərt kimi 60 günlük tam atəşkəs rejiminin tətbiqini təklif edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti