Bakıda Türk dövlətlərinin fintex sektorunun nümayəndələri bir araya gəlib (FOTO)

İqtisadiyyat Xəbər 13 Oktyabr 2026 10:08 (UTC +04:00)
Bakıda Türk dövlətlərinin fintex sektorunun nümayəndələri bir araya gəlib (FOTO)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Oktyabrın 13-də Bakıda Türk Dövlətləri Fintex Alyansının (TÜRKFİN) təşkilatçılığı ilə “Bakı Fintex Sektoru Ticarət Heyəti Proqramı” keçirilir.

Trend-in tədbirdəki müxbirinin məlumatına görə, tədbirdə Türk dövlətlərinin maliyyə və maliyyə texnologiyaları (fintex) sektorunun aparıcı nümayəndələri iştirak edirlər. Proqram çərçivəsində rəqəmsal ödənişlərin gələcəyi, ortaq tənzimləmə yanaşmaları və yeni nəsil ödəniş trendləri müzakirə olunur.

Tədbirin açılışında Türkiyənin Azərbaycandakı səfirliyinin baş ticarət müşaviri Gülizar Yavaş, AzFina İdarə Heyətinin sədri Edqar Abdullayev, Türkiyənin Ödəniş və Elektron Pul Təşkilatları Assosiasiyasının (TÖDEB) İdarə Heyətinin üzvü Tarık Tombul, Azərbaycan Mərkəzi Bankının sədr müavini Vüsal Xəlilov, Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyev və Türkiyə Mərkəzi Bankının nümayəndəsi Ahmet Buğdayın çıxışları nəzərdə tutulub.

Proqram çərçivəsində keçiriləcək panel müzakirələrində Türk dövlətlərində rəqəmsal ödənişlərin inkişaf perspektivləri, maliyyə texnologiyaları sahəsində tənzimləmə yanaşmalarının uyğunlaşdırılması və ödəniş sistemlərində yeni texnoloji tendensiyalar diqqət mərkəzində olacaq.

Müzakirələrdə Azərbaycan, Türkiyə və Qazaxıstanın fintex və ödəniş sektorunun nümayəndələrinin iştirakı gözlənilir.

Xəbər yenilənəcək

Məqalədə:

Xəbər lenti

Xəbər lenti