Zelenskini əvəzləyə bilərlər - 4 ad gündəmdədir

Dünya xəbərləri Xəbər 13 Oktyabr 2026 00:07 (UTC +04:00)
Zelenskini əvəzləyə bilərlər - 4 ad gündəmdədir

Bakı. Trend:

Ukrayna Prezidenti Volodimir Zelenskinin mümkün rəqiblərinin adları açıqlanıb.

Bu barədə “Newsweek” nəşri yazıb.

Mümkün rəqibləri arasında ölkənin Böyük Britaniyadakı səfiri Valeri Zalujnı, Prezident Ofisinin rəhbəri Kirill Budanov, keçmiş müdafiə naziri Mixail Fedorov və sabiq prezident Petro Poroşenko yer ala bilər. Nəşr Kiyev Beynəlxalq Sosiologiya İnstitutunun araşdırmasına istinadən bildirir ki, sorğuda iştirak edən ukraynalıların əksəriyyəti Zelenskinin növbəti prezident seçkilərində namizədliyini irəli sürməməli olduğunu düşünür. Respondentlərin 71 faizi isə mövcud şəraitdə seçkilərin keçirilməsinin əleyhinə çıxış edib.

Bununla yanaşı, “Reytinq” Sosioloji Qrupunun məlumatına əsasən, mümkün prezident seçkilərində respondentlərin 23 faizi Zelenskiyə səs verməyə hazır olduğunu bildirib. Sorğu iştirakçılarının 53 faizi isə Ukrayna Prezidentinə etimad göstərdiyini qeyd edib.

Qeyd edək ki, adı çəkilən şəxslərin mümkün seçkilərdə iştirak edib-etməyəcəyi ilə bağlı yekun qərar məlum deyil.

Xəbər lenti

Xəbər lenti