Paytaxtda motosikletlərin iştirakı ilə baş verən qəzaların görüntüləri (VİDEO)

Hadisə Press-reliz 13 Oktyabr 2026 09:58 (UTC +04:00)
Paytaxtda motosikletlərin iştirakı ilə baş verən qəzaların görüntüləri (VİDEO)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxtda motosikletlərin iştirakı ilə baş verən iki yol-nəqliyyat hadisəsinin müşahidə kameraları tərəfindən qeydə alınmış görüntülərini yayıb.

Mərkəzdən bildirilib ki, motosiklet və skuter idarə edən bəzi sürücülər svetoforun qırmızı işığında hərəkət edir, yollarda təhlükəli manevrlərə yol verirlər. Belə davranışlar həm onların, həm də digər hərəkət iştirakçılarının həyatını təhlükəyə atır.

NİİM vurğulayıb ki, iki təkərli nəqliyyat vasitəsini idarə etmək heç kimə qaydaları pozmaq və məsuliyyətdən yayınmaq hüququ vermir.

Mərkəz motosiklet və skuter sürücülərini yayılan qəza görüntülərindən nəticə çıxarmağa və yol hərəkəti qaydalarına əməl etməyə çağırıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti