"ASAN xidmət"in Kambocada tətbiqi ilə bağlı işlər sürətləndirilir

Cəmiyyət Press-reliz 13 Oktyabr 2026 09:49 (UTC +04:00)
"ASAN xidmət"in Kambocada tətbiqi ilə bağlı işlər sürətləndirilir
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

"ASAN xidmət"in Kambocada tətbiqi ilə bağlı işlər sürətləndirilir.

Bu barədə "ASAN xidmət" məlumat yayıb.

Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Kamboca Krallığının poçt və telekommunikasiyalar naziri ilə görüşüb.

Əsas məqsəd "ASAN xidmət"in Kambocada tətbiqi ilə bağlı imzalanmış Anlaşma Memorandumunun icrası ilə bağlı görüləcək işləri, fəaliyyət istiqamətlərini müzakirə etmək olub.

Xatırladaq ki, 2025-ci ilin dekabr ayında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Kamboca Krallığının Poçt və Telekommunikasiyalar Nazirliyi arasında dövlət xidmətlərinin göstərilməsi sahəsində "ASAN xidmət" təcrübəsinin tətbiqini nəzərdə tutan Anlaşma Memorandumu imzalanıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti