Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edilib (VİDEO)

Hadisə Xəbər 13 Oktyabr 2026 15:37 (UTC +04:00)
Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edilib (VİDEO)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edilib.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, oktyabrın 12-də paytaxtın Qaradağ rayonunda məktəb direktoruna məxsus “Kia” markalı avtomobilin yandırılması faktı araşdırılıb.

Məlumata görə polis tərəfindən keçirilən tədbirlərlə avtomobili yandıran, əvvəllər məhkum olunmuş Fuad İbrahimov müəyyən olunaraq həbs edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti