İrandan Azərbaycana 125 kiloqrama yaxın narkotik vasitənin keçirilməsinin qarşısı alınıb

Hadisə Press-reliz 13 Oktyabr 2026 14:06 (UTC +04:00)
İrandan Azərbaycana 125 kiloqrama yaxın narkotik vasitənin keçirilməsinin qarşısı alınıb
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə 124 kiloqram 965 qram narkotik vasitənin keçirilməsinin qarşısı alınıb.

Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.

Bildirilib ki, narkotik vasitələr DSX-nin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində keçirilən sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində aşkarlanıb.

Oktyabrın 11-də 75 kiloqram 515 qram, oktyabrın 12-də isə 49 kiloqram 450 qram narkotik vasitə aşkar olunaraq qanunsuz dövriyyədən çıxarılıb.

Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti