Roma Papası xəstəxanaya yerləşdirilib

Dünya xəbərləri Xəbər 13 Oktyabr 2026 15:44 (UTC +04:00)
Roma Papası xəstəxanaya yerləşdirilib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Roma Papası XIV Lev ağciyərindəki düyünün çıxarılması əməliyyatının aparılması üçün Romadakı Aqostino Cemelli adına xəstəxanaya yerləşdirilib.

“Rai Radio-1” radiostansiyasının məlumatına görə, cərrahi müdaxilə minimal invaziv üsulla həyata keçiriləcək və əməliyyat elə bu gün də aparıla bilər.

Qeyd edilib ki, əməliyyatdan sonrakı bərpa dövrü bir həftə davam edəcək. Vatikan Papasının oktyabrın 20-dək nəzərdə tutulan bütün tədbirlərinin ləğv edildiyini açıqlayıb. Bununla belə, noyabrın əvvəlində Uruqvay, Argentina və Peruya apostol səfəri proqramda saxlanılıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti