Eko-fəal Qreta Tunberq Fransadakı etirazlara qoşuldu

Dünya xəbərləri Xəbər 13 Oktyabr 2026 15:10 (UTC +04:00)
Greta Thunberg
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

İsveçli fəal Qreta Tunberq oktyabrın 13-də, çərşənbə axşamı, Fransada təhsil şəraitinin yaxşılaşdırılmasını tələb edən məktəblilərə qoşulub.

Bu barədə Fransa KİV-də məlumat yayılıb.

Tunberq Pol Elyuar orta məktəbinə gəlib. Burada çoxsaylı polis zorakılığı ittihamlarından sonra vəkillər yeniyetmələri müdafiə etmək məqsədilə canlı zəncir yaradıblar.

“Gənclər müzakirələrdə iştirak etmirlər. Gələcəyimizi əlimizdən alırlar”, – deyə Tunberq “Agence France-Presse” agentliyinə bildirib.

Qeyd edək ki, Fransada etirazlar sentyabrın sonlarında Parisdə başlayıb və sonradan ölkənin digər bölgələrinə yayılıb. Nümayişçilər dərs yükünün çoxluğu, müəllim çatışmazlığı və təhsil sistemindəki digər problemlərə etiraz edirlər.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti