Azərbaycan ilə Kamboca arasında hərbi sahədə əməkdaşlığın perspektivləri müzakirə olunub (FOTO)

Cəmiyyət Xəbər 13 Oktyabr 2026 17:25 (UTC +04:00)
Azərbaycan ilə Kamboca arasında hərbi sahədə əməkdaşlığın perspektivləri müzakirə olunub (FOTO)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan ilə Kamboca arasında hərbi sahədə əməkdaşlığın perspektivləri müzakirə olunub.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, oktyabrın 13-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Kamboca Krallığının Baş naziri Hun Manetin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.


Görüşdə 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı tarixi Zəfər, eləcə də bu Zəfərə aparan döyüş təcrübəsi və əldə olunan nəticələr barədə ətraflı məlumat verilib.


Azərbaycan ilə Kamboca arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın perspektivləri müzakirə olunub.


Tərəflər müdafiə və təhlükəsizlik sahələrində əlaqələrin inkişafının, o cümlədən birgə təlimlərin keçirilməsinin və qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıblar. Həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında ətraflı fikir mübadiləsi aparılıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti