“Bank VTB (Azərbaycan)”ın Müşahidə Şurasının üzvü vəzifəsindən ayrılıb

İqtisadiyyat Xəbər 13 Oktyabr 2026 17:43 (UTC +04:00)
“Bank VTB (Azərbaycan)”ın Müşahidə Şurasının üzvü vəzifəsindən ayrılıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

“Bank VTB (Azərbaycan)” ASC-nin Müşahidə Şurasının üzvü Andrey Nikolayeviç Dyaçenko vəzifəsindən ayrılıb.

Dyaçenkonun adı bankın rəsmi internet səhifəsində Müşahidə Şurasının üzvləri siyahısından çıxarılıb.

O, 23 dekabr 2019-cu ildə bank səhmdarlarının keçirilmiş növbədənkənar ümumi yığıncağının qərarı ilə Müşahidə Şurasının üzvü təyin edilmişdi.

Hazırda “Bank VTB (Azərbaycan)”ın Müşahidə Şurasının tərkibinə Denis Aleksandroviç Bortnikov (sədr), Sergey Vladimiroviç Tsaryov (sədr müavini), İlham Qafar oğlu Qafarov və Anjelika İnnosentyevna Sabasajya (müstəqil üzvlər) daxildir.

Bankın İdarə Heyətinin sədri isə İqor Anatolyeviç Okayevdir.

Qeyd edək ki, “Bank VTB (Azərbaycan)” ASC fiziki şəxslərə və biznes müştərilərinə müxtəlif bank xidmətləri göstərir. Bankın səhmlərinin 99,99 faizi Rusiyanın “Bank VTB” şirkətinə məxsusdur. Bank Azərbaycan Mərkəzi Bankının 22 oktyabr 1993-cü il tarixli, 162 nömrəli lisenziyası əsasında fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti