Rusiya və Ukrayna razılaşma əldə etmək istəyir - Tramp

Dünya xəbərləri Xəbər 13 Oktyabr 2026 22:14 (UTC +04:00)
Rusiya və Ukrayna razılaşma əldə etmək istəyir - Tramp

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Rusiya və Ukrayna arasında razılaşma əldə etmək istəyi var, lakin tərəflər bunun necə həyata keçiriləcəyini hələ bilmirlər.

Associated Press-in məlumatına görə, o, bu barədə Ohayo ştatında keçirilən mitinqdə çıxışı zamanı deyib.

“Rusiya və Ukrayna barədə açıq danışsaq, onlar da razılaşma əldə etmək istəyirlər. Onlar bunu necə edəcəklərini bilmirlər. İki lider arasında nifrət çox güclüdür, lakin biz bu razılaşmaya da nail olacağıq”, – deyə Tramp bildirib.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında müharibənin dayandırılması və mümkün sülh razılaşmasının əldə olunması beynəlxalq gündəmin əsas məsələlərindən biri olaraq qalır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti