Bakı. Trend:
Türkmənistanın Azərbaycana hədiyyəsi olaraq Füzuli şəhərində inşa edilən məscidin açılış mərasiminin 2026-cı ilin sonu və ya 2027-ci ilin əvvəlində keçirilməsi planlaşdırılır.
Trend-in müxbirinin verdiyi məlumata görə, bunu Türkmənistanın Azərbaycandakı səfiri Qurbanmammet Elyasov Türkmənistanın müstəqilliyinin 35-ci ildönümü münasibətilə Bakıda keçirilən təntənəli qəbulda bildirib.
“Hazırda Füzuli şəhərində məscidin tikintisi həyata keçirilir. Məscidin açılış mərasiminin bu ilin sonunda və ya gələn ilin əvvəlində keçirilməsi planlaşdırılır”, – deyə səfir qeyd edib.
O bildirib ki, məscidin tikintisi Türkmənistan və Azərbaycan arasında əməkdaşlıq çərçivəsində həyata keçirilir və iki ölkə arasında dostluq, qardaşlıq münasibətlərinin rəmzi kimi qiymətləndirilir.
"Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun 2026-cı il iyunun 22-23-də Azərbaycana dövlət səfəri zamanı tərəflər ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsinə yönəlmiş bir sıra sənədlər imzalayıblar.
Mədəni-humanitar əməkdaşlıq iki ölkə arasında qarşılıqlı fəaliyyətin mühüm istiqamətlərindən biri olaraq qalır. Belə ki, 2025-ci ilin oktyabrında Bakı və Gəncədə Türkmənistan Mədəniyyəti Günləri, 2026-cı il iyunun 5-dən 7-dək isə Aşqabadda və Arkadağda Azərbaycan Mədəniyyəti Günləri keçirilib", - deyə səfir qeyd edib.
