“Barselona” İstanbulda “Qalatasaray”ı məğlub edib

İdman Xəbər 14 Oktyabr 2026 01:14 (UTC +04:00)
“Barselona” İstanbulda “Qalatasaray”ı məğlub edib

Bakı. Trend:

Türkiyənin “Qalatasaray” klubu UEFA Çempionlar Liqasının əsas mərhələsinin ikinci turu çərçivəsində doğma meydanda İspaniyanın “Barselona” komandasına 1:4 hesabı ilə məğlub olub. Qarşılaşma İstanbulda keçirilib.

Qalib komandanın heyətində Joao Kanselo (43-cü dəqiqə), Fermin Lopes (50), Entoni Qordon (53) və Kərim Adeyemi (66) fərqləniblər.

Məğlub komandanın yeganə qolunu Aleksey Batrakov (28) vurub. Görüşün 34-cü dəqiqəsində Batrakovun künc zərbəsindən sonra Barış Yılmazın vurduğu qol ləğv edilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti