Türkiyə F-35-lərin alınması məsələsində nəticə əldə etməyə ümid edir

Dünya xəbərləri Xəbər 14 Oktyabr 2026 00:34 (UTC +04:00)
Türkiyə F-35-lərin alınması məsələsində nəticə əldə etməyə ümid edir

Bakı. Trend:

Türkiyə F-35 qırıcıları ilə bağlı ABŞ ilə intensiv təmaslar aparır.

Bu barədə Türkiyənin müdafiə nazirinin müavini Alpaslan Kavaklıoğlu "CNN Türk" telekanalının efirində bildirib.

“F-35 məsələsi ikitərəfli gündəliyimizdə yer alır. Müdafiə nazirimiz Yaşar Gülər bu yaxınlarda müvafiq mesajlar göndərib və məsələni ikitərəfli formatda müzakirə edib. Əminəm ki, bu məsələdə nəticə əldə edəcəyik. Xüsusilə ilk altı təyyarə ilə bağlı intensiv təmaslar aparılır”, – deyə o bildirib.

Söhbət Türkiyə tərəfinin artıq ödənişini etdiyi, lakin ABŞ ərazisindəki anqarlarda saxlanılan altı F-35 qırıcısından gedir. ABŞ-nin CAATSA qanunu çərçivəsində tətbiq etdiyi sanksiya məhdudiyyətləri səbəbindən onların Ankaraya təhvil verilməsi hələlik mümkün deyil.

“Əlbəttə, bu məsələdə problemlərimiz var. CAATSA kimi uzun müddətdir həllini gözləyən məsələlər mövcuddur. Bu istiqamətdə intensiv iş aparılır, qarşılıqlı məsləhətləşmələr keçirilir. Həmin məsələlər üzrə irəliləyiş də var”, – deyə Kavaklıoğlu bildirib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti