Finlandiyada Brejnevin qonaq olduğu ada satışa çıxarılıb

Dünya xəbərləri Xəbər 13 Oktyabr 2026 21:13 (UTC +04:00)
Finlandiyada Brejnevin qonaq olduğu ada satışa çıxarılıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Finlandiyada Brejnevin qonaq olduğu ada satışa çıxarılıb.

Bu barədə Finlandiyanın "Talouselämä" nəşri məlumat yayıb.

Bildirilib ki, Finlandiyanın cənub-qərbində yerləşən Kekkonen adası 4,8 milyon avro (451 milyon rubldan çox) qiymətə təklif olunur.

Ada Finlandiyanın neft emalı şirkəti "Neste"yə məxsus olub. Şirkət adanı Finlandiyanın keçmiş prezidenti Urho Kekkonenin təşəbbüsü ilə alıb. Ada dövlət başçısının iş iqamətgahı kimi istifadə olunub. Daha sonra enerji şirkəti "Fortum"un mülkiyyətinə keçib və onun satışı barədə qərarı da məhz bu şirkət verib.

Sahəsi 25 hektar olan ada ölkənin cənub-qərbində, Arxipelaq dənizində yerləşir. Adada villa və qonaq evləri kompleksi inşa edilib.

Rusiya KİV-nin məlumatına görə, adanı Finlandiyaya səfəri çərçivəsində Sovet İttifaqının keçmiş lideri Leonid Brejnev də ziyarət edib. Sovet nümayəndə heyəti o qədər böyük olub ki, əsas binadakı masa arxasında hamı üçün yer çatmayıb. Buna görə də qonaq evinin divarı boyunca əlavə talvar qurulub.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti