Rusiyada 5,5 ba gücündə zəlzələ olub

Hadisə Xəbər 14 Oktyabr 2026 03:55 (UTC +04:00)
Rusiyada 5,5 ba gücündə zəlzələ olub

Bakı. Trend:

Kamçatkadakı alimlər yarımadanın şərq sahilləri yaxınlığında, Sakit okeanda baş vermiş 5,5 maqnitudalı zəlzələ qeydə alıblar.

Bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin regional bölməsindən məlumat verilib.

“Zəlzələnin episentri Petropavlovsk-Kamçatski şəhərindən 203 kilometr cənub-şərqdə yerləşib. Ocaq dəniz dibinin altında, 60 kilometr dərinlikdə olub”, – deyə alimlər bildiriblər.

Yaşayış məntəqələrində yeraltı təkanların hiss olunma gücü barədə məlumat verilməyib. Sunami təhlükəsi elan olunmayıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti