Bakıda informasiya-kommunikasiya texnologiyaları üzrə IEEE-nin 20-ci beynəlxalq konfransı keçirilir (FOTO)

Cəmiyyət Xəbər 14 Oktyabr 2026 10:07 (UTC +04:00)
Bakıda informasiya-kommunikasiya texnologiyaları üzrə IEEE-nin 20-ci beynəlxalq konfransı keçirilir (FOTO)
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı.Trend:

Bakıda ADA Universitetində informasiya və kommunikasiya texnologiyalarının tətbiqi üzrə IEEE-nin 20-ci Beynəlxalq Konfransı (AICT2026) keçirilir.

Trend-in müxbirinin verdiyi məlumata görə, konfrans Azərbaycanda yeddinci dəfə təşkil olunur və bu il AICT konfransları silsiləsinin 20 illiyinə həsr edilib. Tədbir “20 ildir elmi, texnologiyaları və cəmiyyəti birləşdiririk” şüarı altında keçirilir.

Tədbir ADA Universiteti, IEEE-nin Azərbaycandakı müvafiq bölmələri, Turin Politexnik Universiteti, Corc Vaşinqton Universiteti, Nazarbayev Universiteti, Birləşmiş Ərəb Əmirlikləri Universiteti, Daşkənd İnformasiya Texnologiyaları Universiteti, Qazaxıstan-Britaniya Texniki Universiteti, Tbilisi Dövlət Universiteti, Gürcüstan Texniki Universiteti, SDU Universiteti, Nikola Teslanın adını daşıyan Elektrotexnika İnstitutu və Alessandro Faedonun adını daşıyan İnformasiya Elmi və Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə keçirilir.

Konfransın əsas məqsədi informasiya və kommunikasiya texnologiyaları sahəsində bilik mübadiləsini təşviq etmək, eləcə də sektorun son nailiyyətlərini müzakirə etməkdir. Tədbir tədqiqatçıları, alimləri və sənaye nümayəndələrini bir araya gətirir.

Açılış mərasimində ADA Universitetinin rektoru, Azərbaycanın ABŞ-dəki sabiq səfiri Hafiz Paşayevin və tərəfdaş təşkilatların nümayəndələrinin çıxışları nəzərdə tutulub.

Konfrans çərçivəsində kompüter elmlərinin inkişafına mühüm töhfələr vermiş tanınmış alimlərin plenar məruzələri də dinləniləcək.

Proqrama Polşa Elmlər Akademiyasının üzvü, London Kral Kollecinin dəvətli professoru Erol Gelenbenin “Optimallaşdırma və modelləşdirmə prizmasından süni intellektə baxış” mövzusunda məruzəsi daxildir.

Bundan əlavə, “Ali təhsil və elmdə süni intellekt: imkanlar və çağırışlar” mövzusunda panel müzakirəsi keçiriləcək.

Xəbər yenilənəcək

Məqalədə:

Xəbər lenti

Xəbər lenti