Trampın yaxın vaxtlarda Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməsi gözlənilmir - KİV

Dünya xəbərləri Xəbər 14 Oktyabr 2026 06:13 (UTC +04:00)
Trampın yaxın vaxtlarda Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməsi gözlənilmir - KİV

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp administrasiyasının yaxın vaxtlarda Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməsi ehtimalı azdır.

Bu barədə “Politico” qəzeti mənbələrə istinadla məlumat yayıb.

Nəşrin məlumatına görə, ABŞ administrasiyası hazırda Dövlət, Ticarət və Xəzinədarlıq nazirliklərinə yeni sanksiyaların hazırlanması ilə bağlı müvafiq göstərişlər verməyib.

Xatırladaq ki, sentyabrın 18-də Donald Tramp Rusiyanın siyasi və hərbi rəhbərliyinə, dövlət şirkətlərinə, eləcə də Rusiyanın ticarət tərəfdaşlarına qarşı ikinci dərəcəli sanksiyaların tətbiqini nəzərdə tutan qanunu imzalayıb. Sənədə əsasən, administrasiya oktyabrın 18-dək mümkün məhdudiyyətlərə məruz qala biləcək şəxsləri və qurumları müəyyənləşdirməlidir.

Bununla belə, qanun ABŞ administrasiyasına yeni sanksiyaların ölkənin maraqlarına uyğun olmadığı qənaətinə gələrək onların tətbiqindən imtina etmək imkanı da verir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti