Avtomobil şirkətləri istehsalını Almaniya və Yaponiyadan ABŞ-yə köçürürlər - Tramp

Dünya xəbərləri Xəbər 14 Oktyabr 2026 07:55 (UTC +04:00)
Avtomobil şirkətləri istehsalını Almaniya və Yaponiyadan ABŞ-yə köçürürlər - Tramp

Bakı. Trend:

Avtomobil istehsalçıları, ABŞ administrasiyası tərəfindən tətbiq edilən rüsumlara görə, Almaniya və Yaponiya da daxil olmaqla bəzi ölkələrdən istehsalını ABŞ-yə köçürürlər.

Bu barədə ABŞ Prezidenti Donald Tramp Alyaska ştatında Konqresə keçiriləcək aralıq seçkilərə həsr olunmuş mitinqdə çıxışı zamanı deyib.

“Onların hamısı geri qayıdır”, – deyə o, avtomobil istehsalçılarını nəzərdə tutaraq bildirib. “Onlar Meksikanı tərk edirlər, Koreya Respublikasını tərk edirlər. Almaniyanı və Yaponiyanı tərk edirlər. Onların hamısı bura qayıdır”.

Tramp Alyaska ştatında Konqresə keçiriləcək aralıq seçkilərə həsr olunmuş mitinqdə çıxışı zamanı qeyd edib ki, hazırda tarixdə heç vaxt olmadığı qədər çox avtomobil zavodu tikilir, halbuki son 50 ildə ABŞ-da bir dənə də olsun belə zavod tikilməyib.

İxtisaslaşmış KİV-lərin qeyd etdiyi kimi, istehsalın ABŞ-a köçürülməsi avtomobil istehsalçılarına məhsullarını Amerika gömrük rüsumlarının təsirindən qismən çıxarmağa imkan verir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti