ABŞ dövlət katibi Özbəkistanda C5+1 formatında görüşdə iştirak edəcək

Dünya xəbərləri Xəbər 14 Oktyabr 2026 05:03 (UTC +04:00)
Rubio

Bakı. Trend:

ABŞ dövlət katibi Marko Rubio oktyabrın 17-dən 22-dək Özbəkistan və Hindistana səfər edəcək.

Bu barədə oktyabrın 13-də ABŞ Dövlət Departamentinin yaydığı bəyanatda bildirilib.

Məlumata əsasən, Marko Rubio Özbəkistanın Səmərqənd şəhərində C5+1 formatında nazirlər görüşündə iştirak edəcək.

“Görüşdə bu mexanizm çərçivəsində strateji əməkdaşlığın daha dinc gələcəyin qurulmasına, ABŞ və Mərkəzi Asiyanın rifahının təmin edilməsinə necə töhfə verdiyi məsələsinə diqqət yetiriləcək”, – deyə sənəddə qeyd olunub.

ABŞ Dövlət Departamentinin məlumatına görə, Özbəkistana ABŞ-ın iri biznes dairələrini təmsil edən 200-dən çox nümayəndə səfər edəcək. Amerika tərəfi hesab edir ki, bu səfər “ABŞ ilə Mərkəzi Asiya arasında ticarət əlaqələrinin möhkəmləndirilməsində yeni dövrün başlanmasına” töhfə verəcək.

Qeyd edək ki, C5+1 ABŞ-ın Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistanla kollektiv əməkdaşlıq mexanizmidir. Vaşinqton bu formatdan təxminən 2015-ci ildən istifadə edir. Rubio, həmçinin adıçəkilən ölkələrin nümayəndələri ilə ikitərəfli görüşlər keçirəcək.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti