Yaponiyada hakerlər təbii fəlakətlərlə bağlı məlumat toplama sistemini sıradan çıxarıblar

Dünya xəbərləri Xəbər 14 Oktyabr 2026 08:56 (UTC +04:00)
Yaponiyada hakerlər təbii fəlakətlərlə bağlı məlumat toplama sistemini sıradan çıxarıblar

Bakı. Trend:

Ehtimal edilən haker hücumu Yaponiya hökuməti ilə müqavilə əsasında yerli özünüidarəetmə orqanlarından təbii fəlakətlərlə bağlı operativ məlumatları toplayan və yayan "Arcadia, Inc." şirkətinin fəaliyyətini iflic edib.

Bu barədə şirkətin fəaliyyətinə nəzarət edən İnzibati İşlər və Kommunikasiya Nazirliyi məlumat yayıb.

Yaponiyada 875 yerli hakimiyyət orqanı Arcadia, Inc. şirkətinə məlumat ötürürdü. Kyodo agentliyinin məlumatına görə, şəxsi məlumatların sızmasından ehtiyatlanan bu qurumların bir çoxu şirkətlə məlumat mübadiləsini dayandırıb.

Ən pis ssenaridə haker hücumu nəticəsində vətəndaşların 3,1 milyondan çox elektron poçt ünvanı, eləcə də sayı dəqiqləşdirilməyən telefon nömrələri oğurlanmış ola bilər.

Məlumata görə, İnzibati İşlər və Kommunikasiya Nazirliyi hadisə ilə bağlı ətraflı hesabat tələb edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti