Bakı. Trend:
Bakının 12 inzibati rayonunu əhatə edən təmir proqramı çərçivəsində 90 küçə və prospektdə işlər yekunlaşdırılıb.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Bildirilib ki, ümumilikdə 110 küçə və prospekti əhatə edən proqram üzrə nəzərdə tutulan işlərin 82 faizi tamamlanıb.
Hazırda 6 küçə və prospektdə təmir işləri davam etdirilir. Növbəti mərhələdə daha 14 küçə və prospektin təmiri planlaşdırılır.
Həyata keçirilən tədbirlər paytaxtın yol infrastrukturunun müasirləşdirilməsinə, nəqliyyatın hərəkət rahatlığının artırılmasına və yol hərəkəti təhlükəsizliyinin gücləndirilməsinə yönəlib.
