Vahid məktəbli forması ilə dövlətimiz bizi doğru yola aparır - Cahangir Novruzov

Cəmiyyət Xəbər 14 Oktyabr 2026 15:54 (UTC +04:00)
Vahid məktəbli forması ilə dövlətimiz bizi doğru yola aparır - Cahangir Novruzov
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Vahid məktəbli forması ilə bağlı verilən qərar bütün uyğunsuzluqları, bərabərsizlikləri aradan qaldırmaq üçün atılan addımdır.

Bu barədə Trend-ə açıqlamasında Xalq artisti, Türkiyənin Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru Cahangir Novruzov deyib.

O qeyd edib ki, məktəb düşüncə yeridir. Dövlətimiz yalnız hicabı yox, vahid məktəbli formasına uyğun olmayan bütün geyim və elementləri nəzərə alaraq, belə bir qərar verib.

"Hər ailənin içindəki tərbiyə eyni deyil. Onların valideylərinin görüş dərəcələri başqadır. Milli dəyərlərimizi uşaqlara təlqin etməliyik. Mən elə düşünürəm ki, dövlətimiz bizi doğru yola aparır. Gənclərimizi dünyəvi ölkənin gələcək fərdləri kimi tərbiyə etməyi qarşısına məqsəd qoyub. Bu sadəcə hicabla bağlı deyil. Uşaqlar bir-birindən fərqli olmamalıdır. Birisi zəngindir, biri kasıbdır. Bu qərar bütün uyğunsuzluqları, bərabərsizlikləri aradan qaldırmaq üçün atılan addımdır", - deyə C.Novruzov əlavə edib.

Xatırladaq ki, 2026-cı il sentyabrın 21-də Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin 2022-ci il 17 mart tarixli 96 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri”ndə dəyişiklik edilməsi haqqında Qərar imzalayıb.

Qərara əsasən, təhsilalanların müəyyən edilmiş geyim formasının vahidliyini pozan, habelə ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmayan digər geyim elementlərindən istifadə edilməsinə yol verilmir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti