Rusiyada internetə daxil olmaq çətinləşib - Kremldə müşavirə keçiriləcək

Dünya xəbərləri Xəbər 14 Oktyabr 2026 17:43 (UTC +04:00)
Rusiyada internetə daxil olmaq çətinləşib - Kremldə müşavirə keçiriləcək
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Oktyabrın 14-də Rusiyanın müxtəlif regionlarında internet xidmətlərinin, bank tətbiqlərinin və mobil operatorların saytlarının işində genişmiqyaslı fasilələr yaranıb.

"Detector.404" və "DownDetector" portallarının məlumatına görə, istifadəçilər "Mail.ru", "Ozon", “Toçka Bank”, “Alfa-Bank”, “Yandeks” xidmətləri, eləcə də “Bilayn”, MTS, “Meqafon” və "Tele2" mobil operatorlarının işində problemlərlə üzləşiblər. Şikayətlər əsasən Moskva, Sankt-Peterburq, Moskva, Leninqrad və Samara vilayətlərindən daxil olub.

Nasazlıqlar səhifələrin yüklənməsinə, şəxsi kabinetlərə girişə, elektron poçt göndərilməsinə və ödənişlərin həyata keçirilməsinə təsir edib. Problemlərin səbəbi açıqlanmayıb.

Qeyd olunub ki, Rusiya Prezidenti Vladimir Putin oktyabrın 14-də informasiya təhlükəsizliyi məsələlərinə dair müşavirə keçirəcək. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, görüşdə iqtisadiyyatın əsas sektorlarının informasiya təhlükəsizliyinə təhdidlərə hazırlığı və risklərin azaldılması tədbirləri müzakirə olunacaq.

Peskov müşavirənin məlumat mərkəzlərinə edilən hücumlarla bağlı olmadığını, daha sistemli xarakter daşıdığını bildirib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti