Jurnalistlər kiberdələduzların hədəfində: Saxta zənglərlə hədə-qorxu gəlinir

Cəmiyyət Xəbər 14 Oktyabr 2026 15:56 (UTC +04:00)
Jurnalistlər kiberdələduzların hədəfində: Saxta zənglərlə hədə-qorxu gəlinir
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Jurnalistlərə qarşı tanınmış şəxslərin və hüquq-mühafizə orqanlarının adından istifadə edilərək kiberdələduzluq cəhdləri edilir.

Trend-in məlumatına görə, dələduzlar əvvəlcə tanınmış şəxsin adından jurnalistlərə mesaj yazaraq onlara guya Dövlət Təhlükəsizliyi Xidmətindən (DTX) və ya digər hüquq-mühafizə orqanlarından zəng ediləcəyini bildirirlər.

Daha sonra jurnalistlə əlaqə saxlayan şəxs hədə-qorxu gələrək qanunsuz tələblər irəli sürür.

Bu, peşəkar şəkildə qurulmuş kiberdələduzluq sxemidir və jurnalistlər saxta zənglərə inanmamalıdır.

Belə mesaj alan şəxslərə dərhal əlaqəni kəsmək və hüquq-mühafizə orqanlarına məlumat vermək tövsiyə olunur.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti