Laos AQEM-ə üzv olur (FOTO)

Siyasət Xəbər 14 Oktyabr 2026 15:42 (UTC +04:00)
Laos AQEM-ə üzv olur (FOTO)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Laos Xalq Demokratik Respublikasının Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) üzvlüyü ilə bağlı yekun qərarın oktyabrın 15-də Bakıda keçiriləcək Yeddinci Zirvə Görüşündə təsdiqlənməsi nəzərdə tutulur. Bununla, təşkilatın üzv dövlətlərinin sayı 29-a çatacaq.

Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi saytında dərc edilən məlumata görə, oktyabrın 14-də Bakıda Laosun AQEM-ə üzvlüyü ilə əlaqədar imzalanma mərasimi keçirilib.

Mərasimdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Laosun Baş nazirinin müavini və xarici işlər naziri Thonqsavan Fomvihan, AQEM-in baş katibi Kairat Sarıbay, eləcə də təşkilatın təsisedici sənədlərinin depozitarisi qismində Qazaxıstan Xarici İşlər Nazirliyinin nümayəndəsi iştirak ediblər.

Tədbir zamanı Thonqsavan Fomvihan AQEM-in əsas təsisedici sənədləri olan 14 sentyabr 1999-cu il tarixli “Üzv dövlətlər arasında münasibətləri tənzimləyən prinsiplər haqqında Bəyannamə”ni və 4 iyun 2022-ci il tarixli Almatı Aktını imzalayıb.

İmzalanma mərasimində çıxış edən Azərbaycan və Laosun xarici işlər nazirləri, eləcə də AQEM-in baş katibi Laosun təşkilata üzvlüyünün əhəmiyyətini vurğulayıb, ölkəni bu münasibətlə təbrik edib və gələcək üzvlüklə bağlı xoş arzularını ifadə ediblər.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti