Azərbaycanla Ermənistan arasında sülh var, amma... - Mirzoyan DANIŞDI

Siyasət Xəbər 14 Oktyabr 2026 12:54 (UTC +04:00)
Azərbaycanla Ermənistan arasında sülh var, amma... - Mirzoyan DANIŞDI
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Ermənistanla Azərbaycan arasında sülh var, hərçənd hələ bir neçə addım atılmalıdır.

Bunu Ermənistan Respublikasının xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan Varşava Təhlükəsizlik Forumu çərçivəsində Avropa İttifaqının genişlənmə perspektivlərinə həsr olunmuş panel müzakirəsində bildirib.

Mirzoyan həmçinin Türkiyə ilə münasibətlərə də toxunub. Onun sözlərinə görə İrəvan Türkiyə ilə münasibətlərin normallaşdırılması prosesində də irəliləyişə nail olur. Bununla belə, iki ölkə arasındakı quru sərhədi hələ də bağlıdır.

“Türkiyə ilə münasibətləri normallaşdırırıq. Sərhəd hələ də bağlıdır. Bununla belə, düşünürəm ki, proses artıq xeyli irəliləyib və tamamilə mümkündür ki, sabah səhər oyanıb xəbərlərdə “Ermənistan-Türkiyə sərhədi açıldı” başlığını görə bilərik”,-deyə o qeyd edib.

Xatırladaq ki, Ermənistanın Türkiyə ilə sərhədləri 1993-cü ildən bağlıdır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti