"Air İndia" sərnişin təyyarəsində "bomba həyəcanı" yaşanıb

Dünya xəbərləri Xəbər 14 Oktyabr 2026 11:47 (UTC +04:00)
"Air İndia" sərnişin təyyarəsində "bomba həyəcanı" yaşanıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

"Air India" aviaşirkətinin Frankfurt–Dehli reysini yerinə yetirən təyyarəsi bomba təhlükəsi ilə əlaqədar Caypur şəhərində təcili eniş edib.

"NDTV" hava limanının nümayəndələrinə istinadən xəbər verir ki, hadisə çərşənbə günü səhər AI 2030 reysini yerinə yetirən “Boeing 787-9” təyyarəsində baş verib.

Mənbələrin məlumatına görə, təyyarə Mumbay uçuş məlumatı zonasından keçərkən pilot beynəlxalq səviyyədə qanunsuz müdaxilə, o cümlədən hava gəmisinin qaçırılması barədə xəbərdarlıq siqnalı olan 7500 kodunu aktivləşdirib. Bundan sonra dispetçer xidmətləri təyyarənin təyinat məntəqəsindən təxminən 280 kilometr məsafədə yerləşən Caypur şəhərinə yönləndirilməsi barədə qərar qəbul edib.

Zərurət yaranacağı təqdirdə əlavə tədbirlər görmək üçün Yeni Dehlidə Milli Qvardiya yüksək hazırlıq vəziyyətinə gətirilib.

Təyyarə yerli vaxtla saat 09:45 radələrində Caypur Beynəlxalq Hava Limanına təhlükəsiz eniş edib. Daha sonra təhlükəsizlik yoxlamalarının aparılması üçün təyyarə təcrid olunmuş anqara çəkilib.

Sərnişinlərə təyyarəni yalnız yoxlamalar başa çatdıqdan sonra tərk etməyə icazə verilib. Daha sonra onlar və ekipaj üzvləri hava limanının terminalındakı gözləmə zonasına aparılıblar. Rəsmilər hadisə nəticəsində xəsarət alan olmadığını təsdiqləyiblər.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti