Bakı.Trend:
Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə oktyabr ayının pensiyaları ödənildi.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən muxtar respublika üzrə də oktyabrın 7-də bu ayın pensiya ödənişi həyata keçirilib.
"Respublikamızın digər bölgələri üzrə, habelə güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin oktyabr ayı üzrə pensiyaları da bu ay qrafik üzrə ödəniləcək", - deyə əlavə edilib.
Xatırladaq ki, 2026-cı ilin yanvar–iyul ayları ərzində 24,6 min nəfərə proaktiv qaydada yaşa, əlilliyə və ailə başçısını itirməyə görə pensiya təyinatı aparılıb.
