Bakı.Trend:
Moskvada Kutuzov prospektində yerləşən biznes mərkəzində avtomatik yanğın siqnalizasiyasının işə düşməsi səbəbindən 1,5 mindən çox insan təxliyə edilib.
Bu barədə Rusiya KİV-i Moskvanın fövqəladə xidmətlərinə istinadən məlumat yayıb.
Məlumata görə, hadisə Kutuzov prospekti, 32 ünvanında yerləşən ofis binasında baş verib. Qeyd olunur ki, yanğın siqnalizasiyası əsassız olaraq işə düşüb.
O bildirib ki, təhlükəsizlik məqsədilə binadakı insanlar təxliyə edilib. Müvafiq qurumların mütəxəssisləri hadisənin səbəblərini araşdırırlar.
