Bakı.Trend:
İsrailin cənubundakı Kiryat-Qat şəhərində ABŞ-nin "Intel" korporasiyasına məxsus zavodda baş verən partlayış nəticəsində üç nəfər xəsarət alıb.
Bu barədə "Ynet" portalı məlumat yayıb.
Bildirilib ki, binanın üzərində qara tüstü görünür. Hadisə yerində təhlükəli maddələrlə işləyən mütəxəssislər də daxil olmaqla, səkkiz yanğınsöndürmə briqadası fəaliyyət göstərir.
Qeyd olunur ki, xəsarət alan üç nəfər müalicə üçün xəstəxanaya çatdırılıb.
Digər təfərrüatlar hələlik məlum deyil.
