Tramp məxfi məlumatların sızdırılmasına görə edam cəzasının qəbul edilə biləcəyini bildirib

Dünya xəbərləri Xəbər 15 Oktyabr 2026 04:56 (UTC +04:00)
Tramp məxfi məlumatların sızdırılmasına görə edam cəzasının qəbul edilə biləcəyini bildirib

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp məxfi məlumatların sızdırılmasına görə edam cəzasının qəbul edilə biləcəyini bildirib.

Amerika lideri məxfi məlumatları sızdıranların güllələnməsini mümkün hesab edir. Tramp Arizonada keçirilən seçki kampaniyası zamanı deyib: "Bu cür insanlar ya həbs olunmalı, ya da güllələnməlidir. Onlar ömürlərinin sonuna qədər həbsdə qalacaqlar". O, həmçinin qeyd edib ki, İranla münaqişənin əvvəlində ABŞ bölgəyə bombardmançı təyyarələr göndərib, lakin iranlılar sızma səbəbindən buna hazır idilər.

Xəbər lenti

Xəbər lenti