Venesuelada zəlzələ qurbanlarının sayı 6301-ə çatıb

Dünya xəbərləri Materials 11 Avqust 2026 04:25 (UTC +04:00)
Venesuelada zəlzələ qurbanlarının sayı 6301-ə çatıb

Bakı. Trend:

Venesuelada zəlzələ nəticəsində həlak olanların sayı 6301 nəfərə çatıb.

Bu barədə ölkə parlamentinin sədri Xorxe Rodriges "X" sosial şəbəkə hesabında məlumat yayıb.

Bildirilib ki, axtarış-xilasetmə əməliyyatları zamanı 6462 nəfər xilas edilib. Bundan başqa, 73 356 nəfərə tibb müəssisələrində yardım göstərilib. 53 314 yaşayış evinə baxış keçirilib, bunlardan 31 336 ev yaşayış üçün yararlı, 12 411 ev məhdud şəkildə yararlı, 9567 ev isə yüksək riskli yaşayış evidir. 483 525 ton (23,26%) tikinti tullantıları daşınıb.

Xatırladaq ki, iyunun 24-də Venesuelada təxminən 40 saniyə fərqlə 7,2 və 7,5 maqnitudalı iki güclü zəlzələ qeydə alınıb. Təkanların episentrləri Yarakuy ştatında bir-birindən 10 kilometr məsafədə yerləşib. Zəlzələdən sonra ötən günlər ərzində 1 000-dən çox afterşok qeydə alınıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti