Bakı.Trend:
ABŞ və İran arasında sülh sazişinin əldə olunacağına dair ümidlərin azalması fonunda Hörmüz boğazından ötən gün cəmi 6 ticarət gəmisi keçib.
Bu barədə “Kpler” gəmi hərəkətlərinin real-vaxt monitorinqini aparan platformanın məlumatlarında qeyd olunur.
“Kpler”in məlumatlarına görə, Qrinviç vaxtı ilə saat 04:20-yə (Bakı vaxtı ilə 08:20) olan məlumata əsasən, ikisi boş neft tankeri olmaqla, dörd yük gəmisi su yoluna daxil olub.
Məlumatda bildirilir ki, iki gəmi — mayeləşdirilmiş neft qazı ilə yüklənmiş kiçik tanker və digər yanacaq qalıqları daşıyan gəmi - Hörmüz boğazından insidentsiz şəkildə çıxıb.
