Bakı. Trend:
Avqustun 11-də Bakıda və bölgələrdə yağışlı hava gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidmətinin rəsmi saytında dərc olunmuş məlumatda qeyd edilib.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi yerlərdə yağış yağacağı gözlənilir:
"Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 22-25° isti, gündüz 28-33° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 40-45 % olacaq".
Məluçata görə, Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir:
"Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək
çaxacağı, dolu düşəcəyi, əsasən dağlıq və dağətəyi rayonlarda
yağıntıların güclənəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq
ərazilərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək".
"Havanın temperaturu gecə 22-26° isti, gündüz 32-36° isti, dağlarda
gecə 14-19° isti, gündüz 21-26° isti olacaq", - deyə məlumatda qeyd
edilib.
