Pakistanda məktəb damının uçması nəticəsində həlak olanların sayı artıb (YENİLƏNİB)

Dünya xəbərləri Xəbər 15 Oktyabr 2026 12:30 (UTC +04:00)
Pakistanda məktəb damının uçması nəticəsində həlak olanların sayı artıb (YENİLƏNİB)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Pakistanın şimal-qərbində yerləşən Peşəvər şəhərində məktəb damının uçması nəticəsində həlak olanların sayı 29 nəfərə çatıb. Onlardan səkkizi şagird, biri isə müəllimdir.

Bu barədə “Geo TV” yerli qurumlara istinadən məlumat yayıb.

Ümumilikdə 40-dan çox insanın yaralandığı bildirilir. Özəl təhsil müəssisəsinin rəhbəri artıq saxlanılıb. Hadisənin baş vermə səbəbləri araşdırılır.

xxx
10:52

Pakistanın şimal-qərbində yerləşən Peşəvər şəhərində özəl məktəbin damının uçması nəticəsində azı 21 uşaq ölüb.

Bu barədə Geo TV telekanalı yerli tibb müəssisəsinə istinadən məlumat yayıb.

Bundan başqa 20 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri aldığı bildirilir.

Hadisə Dir-Koloni rayonunda baş verib. Hazırda hadisə yerində axtarış-xilasetmə işləri davam etdirilir.

Hadisə zamanı ölənlərin sayının artacağı istisna olunmur.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti