8 Noyabr prospektində hərəkət tam bərpa olunub (YENİLƏNİB)

Gündəm Xəbər 15 Oktyabr 2026 12:33 (UTC +04:00)
8 Noyabr prospektində hərəkət tam bərpa olunub (YENİLƏNİB)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

8 Noyabr prospekti ilə Süleyman Əhmədov küçəsinin kəsişməsində hərəkətin məhdudlaşmasına səbəb olan texniki nasazlıq yaranmış yük avtomobili polis əməkdaşlarının operativ müdaxiləsi nəticəsində ərazidən kənarlaşdırılıb.
Bu barədə NİİM məlumat yayıb.
Bildirilib ki, hazırda qeyd olunan istiqamətdə nəqliyyat vasitələrinin hərəkəti tam bərpa olunub.

***

11:51

Bakının Xətai rayonunda, 8 Noyabr prospekti ilə Süleyman Əhmədov küçəsinin kəsişməsində yük avtomobili texniki nasazlıq səbəbindən yolun hərəkət hissəsində qalıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Bildirilib ki, nəticədə prospektdə mərkəz istiqamətində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşıb.

Hazırda polis tərəfindən problemin aradan qaldırılması üçün işlər görülür.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti