Bu məlumatların ictimaiyyətə açıqlanmasına dair yeni tələb qoyulur

Cəmiyyət Sənəd 15 Oktyabr 2026 13:00 (UTC +04:00)
Bu məlumatların ictimaiyyətə açıqlanmasına dair yeni tələb qoyulur
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Ətraf mühitə təsirin qiymətləndirilməsi hesabatları ictimaiyyətə açıqlanacaq.

Trend-in əldə etdiyi məlumata görə, bu məsələ Milli Məclisin oktyabrın 16-da keçiriləcək plenar iclasının gündəliyinə daxil edilən “Ətraf mühitin mühafizəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsinə əsasən, ətraf mühitin istehsalat monitorinqi təsərrüfat fəaliyyətinin təsiri nəticəsində ətraf mühitin vəziyyətində bas verən dəyişikliklərin müşahidəsi və tədqiqatı sistemi hesab ediləcək.

Təbiətdən istifadəçilər (“Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Qanuna əsasən ətraf mühitə təsirin qiymətləndirilməsi tələb olunan fəaliyyət növləri ilə məşğul olan hüquqi şəxslər) ətraf mühitin istehsalat monitorinqini aparmalıdırlar.

“Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Qanuna uyğun olaraq ətraf mühitin istehsalat monitorinqində istifadə edilən ölçmə vasitələrinin tipi təsdiq edilməli və onlar yoxlamadan keçməlidir.

Ətraf mühitin istehsalat monitorinqinin nəticələri barədə illik hesabat müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi formaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) növbəti il fevralın 1-dən gec olmayaraq təqdim ediləcək.

Hazırda qüvvədə olan qanunvericiliyə görə, hüquqi şəxslər (təbiətdən istifadələr) ətraf mühitin müəssisə (istehsalat) monitorinqini, onların həyata keçirdiyi ekoloji cəhətdən təhlükə törədə bilən təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçotunu və hesabatını aparmağa borcludurlar.

Ətraf mühitin müəssisə (istehsalat) monitorinqində istifadə edilən ölçü vasitələri standartlaşdırmanın və metrologiyanın tələblərinə uyğun olmalıdır.

Müəssisə (istehsalat) monitorinqinin göstəriciləri barədə hesabat ətraf mühitin mühafizəsi sahəsində Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarına, onlarla razılaşdırılmış müddətlərdə təqdim edilir.

Məlumat üçün bildirək ki, qanun layihəsi hasilat sektorunda ətraf mühitə və sosial təsirlərə dair məlumatların açıqlığının artırılması, o cümlədən ətraf mühitə təsirin qiymətləndirilməsi hesabatlarının ictimaiyyətə açıqlanması və Təbii Resursların İdarə Edilməsi İndeksinin “yerli təsirlərin idarə edilməsi” alt-komponenti üzrə ölkənin göstəricilərinin yaxşılaşdırılması zərurətindən irəli gələrək hazırlanıb.

Bu məqsədlə ətraf mühitə təsirin qiymətləndirilməsi tələb olunan fəaliyyət növləri ilə məşğul olan hüquqi şəxslərin ətraf mühitin istehsalat monitorinqini mütləq şəkildə aparması tələbi müəyyən edilir. Həmçinin, istehsalat monitorinqində istifadə edilən ölçmə vasitələrinin tipi təsdiq edilməli və yoxlamadan keçməlidir, bu barədə illik hesabat aidiyyəti dövlət orqanına növbəti il fevralın 1-dək təqdim edilməlidir.

Qeyd edək ki, qanun layihəsi ətraf mühitə təsirin qiymətləndirilməsi sənədi almaqla ətraf mühitə təsirin qiymətləndirilməsi tələb olunan fəaliyyət növləri ilə məşğul olan hüquqi şəxslərin bu fəaliyyətinə sonradan davamlı nəzarətin təmin edilməsi və onun nəticələri barədə əhalinin məlumatlandırılması baxımından mühüm əhəmiyyət kəsb edir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti