Bakı. Trend:
Cari ilin hazırlıq planına əsasən Xüsusi Təyinatlı Qüvvələrin N hərbi hissəsində ehtiyatdan çağırılan bir qrup hərbi vəzifəlilərlə keçirilən təlim toplanışı davam edir.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, toplanış zamanı hərbi vəzifəlilərlə maarifləndirici
söhbətlər aparılıb, ixtisas hazırlığına uyğun məşğələlər təşkil
olunub.
Məşğələlərdə şəxsi heyətə atıcı silahların taktiki-texniki
xüsusiyyətləri və təhlükəsizlik qaydaları çatdırılıb, həmçinin
xəritə üzərində fəaliyyətlər nəzəri və praktiki olaraq yerinə
yetirilib.
Təlim toplanışı zamanı, iştirakçılara ordumuzun arsenalında olan
müxtəlif silah və texnika, rabitə vasitələrindən istifadə, həmçinin
ilkin tibbi yardımın göstərilməsi qaydaları öyrədilib, yaralıların
ərazidən təxliyə edilməsi üsulları məşq etdirilib.
Sonra plana uyğun olaraq hərbi vəzifəlilər atıcı silahlardan
praktiki atış çalışmalarını yerinə yetiriblər.
