Bakı.Trend:
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsi ehtimalını istisna etməyib.
Bu haqda ermənistanlı ali diplomat ATƏT-in fəaliyyətdə olan sədri, İsveçrə vitse-prezidenti İnyatsio Kassis ilə birgə mətbuat konfransında jurnalistlərin sualını cavablandırarkən bildirib.
Onun sözlərinə görə, keçmiş anklavlar məsələsinin həlli üçün müxtəlif variantlar mövcuddur və tərəflər bu məsələyə konstruktiv yanaşırlar.
"Ölkələrin malik olduğu anklavlardan biri bir ölkənin, digəri isə digər ölkənin tərkibində qala bilər. Onlar mübadilə edilə və ya başqa variantlar nəzərdən keçirilə bilər”, – deyə Mirzoyan bildirib.
Xatırladaq ki, bundan öncə, Ermənistan Baş naziri Nikol Paşinyan da sosial media hesabında anklav və eksklavların mübadiləsi ehtimalı barədə danışımışdı.
